Kəşf
01
Əvvəlcə biznes məqsədini və istifadəçi ehtiyacını müəyyən edirik. Sonra UX tədqiqatı, dizayn, proqram təminatı və süni intellektdən düzgün yerdə istifadə edirik. Məhsulu yayımladıqdan sonra performansını izləyib inkişaf etdirməyə davam edirik.
01
02
03
04
05
UX tədqiqatı, istifadəçi təcrübəsi, dizayn və proqram təminatını eyni hədəf ətrafında birləşdiririk. Başlamazdan əvvəl nəyə nail olmalı olduğumuzu müəyyən edir, yayımladıqdan sonra performansı ölçürük. Gördüyümüz işi istifadə etdiyimiz metodlarla yox, ortaya çıxardığı nəticələrlə qiymətləndiririk.
Brendinizi düzgün auditoriyaya çatdırır, strategiya, kontent və reklamı vahid planda idarə edir, nəticələri KPI-larla ölçürük. Hər kampaniya növbəti dövrü daha dəqiq edir.
Qrafik dizayndan video rolik və reklama qədər kreativ işləri ideyadan təhvilə kimi bir komandada hazırlayır, hər vizualı brendin xarakterinə uyğun edirik.
Brendi strategiyadan vizual kimliyə qədər qurur, ad, loqo, rəng və mesaj dilini vahid sistemdə təqdim edir, brendinizin hər yerdə ardıcıl görünməsini təmin edirik.
Veb sayt, veb tətbiq, mobil və desktop proqramları performans, təhlükəsizlik və miqyaslanma nəzərə alınmaqla hazırlayır, məhsulun bu gün işləməsini və gələcəkdə böyüməsini təmin edirik.
Saytınızın və tətbiqinizin fasiləsiz, sürətli və təhlükəsiz işləməsi üçün server, hostinq, təhlükəsizlik və IT dəstəyi xidmətlərini sizin əvəzinizə idarə edirik.
Çatbot, iş prosesi avtomatlaşdırması, məzmun və məlumat təhlili kimi konkret biznes problemlərini həll edən süni intellekt həlləri hazırlayır, mövcud sistemlərinizə inteqrasiya edirik.
Hansı sahədə olsanız, dilinizi bilirik. Ticarətdən sənayeyə qədər biznesinizin auditoriyası ilə doğru dildə danışır, nəticəni ölçürük.
Satışı böyüdürük
Pərakəndə · e-ticarət · FMCG
Güvən qururuq
Bank · sığorta · investisiya
Satışı sürətləndiririk
Tikinti · developer · memarlıq
Etibar qazandırırıq
Səhiyyə · gözəllik · təhsil · idman · media
Otağı, masanı doldururuq
Turizm · otel · restoran · tədbir
Mürəkkəbi sadələşdiririk
İstehsal · enerji · logistika · avtomobil
Startap, dövlət və QHT? Onlarla da işləyirik.
Gəliri artırmaq, istifadəçi sadiqliyini gücləndirmək, rəqəmsal kanallarınızın performansını yaxşılaşdırmaq və ya veb saytınız və mobil tətbiqiniz üçün daha yaxşı istifadəçi təcrübəsi yaratmaq istəyirsinizsə, birlikdə nələr edə biləcəyimizə baxaq.